“Barselona” klubu bir müddət əvvəl transfer etdiyi azərbaycanlı qapıçı Eldar Tağızadəni icarəyə verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qolkiper 4-cü liqa klubu olan “CD Tudelano”da çıxış edəcək. Məlumata görə, klublar 30 iyun 2025-ci ilədək bir mövsümlük razılığa gəliblər.
Xatırladaq ki, “Barselona”nın B komandası 21 yaşlı futbolçu ilə 2026-cı ilin yayına kimi müqavilə imzalamışdı.
Qeyd edək ki, futbolçu ötən mövsüm İspaniyanın “Luqo” klubunda çıxış edib.