• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

600-dən çox bal toplayıb kənarda qalanlara - DİM sədrindən şad xəbər [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm

28-08-2026, 19:46






“IV ixtisas qrupu üzrə bu il də yüksək rəqabət müşahidə olundu. Xüsusilə tibb ixtisaslarına böyük maraq nəticəsində yüksək bal toplamış bəzi abituriyentlər, o cümlədən 600-dən yuxarı nəticə göstərən namizədlər arasında belə, istədikləri mülki ixtisaslara qəbul olunmayanlar var”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə sosial şəbəkə hesabında yazıb.

“Bu, əlbəttə, həmin gənclər və onların ailələri üçün asan nəticə deyil. Lakin hazırda onların bir hissəsi üçün əlavə imkanlar yaranıb.

Müvafiq hərbi qurumla aparılmış müzakirələr nəticəsində hərbi tibb istiqamətində yaranmış əlavə yerlərə müəyyən olunmuş tələblərə cavab verən və yüksək nəticə əldə etmiş IV ixtisas qrupu abituriyentlərinin müraciət edə bilməsi nəzərdə tutulur.

Burada mühüm bir məqamı vurğulamaq istəyirəm: hərbi tibb üzrə təhsil almaq istəyən namizədlər üçün tibbi müayinədən keçmək tələbi yeni deyil. Bu, hərbi tibb ixtisaslarına qəbul zamanı həmişə mövcud olan şərtdir.

Bundan başqa, hərbi mühəndislik istiqamətləri üzrə qalan yerlərlə bağlı da IV ixtisas qrupu abituriyentləri üçün əlavə imkan yaradılır. Müəyyən olunmuş tələblərə cavab verən, IV ixtisas qrupu üzrə imtahanda 450 və daha yüksək bal toplamış namizədlər həmin yerlər üçün müraciət edə biləcəklər.

Bu abituriyentlərin buraxılış imtahanında riyaziyyat fənni üzrə nəticələri var, IV qrupa aid qəbul imtahanında isə fizika və kimya fənlərindən imtahan veriblər. Buna görə onların müvafiq hərbi mühəndislik proqramlarında təhsil almaq üçün zəruri olan fənn hazırlığının qiymətləndirilməsi mümkündür.

Qəbul şərtləri, tibbi və digər tələblər, eləcə də müraciət qaydası müvafiq hərbi qurum tərəfindən rəsmi şəkildə elan edilib.

Hərbi tibblə bağlı elanla burada tanış olmaq mümkündür: https://shorturl.at/4Yw6Z

Hərbi mühəndisliklə bağlı məlumat: https://shorturl.at/09fkS

Xüsusilə vurğulamaq istəyirəm ki, burada söhbət artıq keçirilmiş müsabiqənin nəticələrinin dəyişdirilməsindən və ya kiməsə fərdi üstünlük verilməsindən getmir. Yaranmış əlavə yerlər barədə məlumat müəyyən olunmuş tələblərə cavab verən bütün potensial namizədlər üçün açıq şəkildə elan edilir”, - deyə o əlavə edib.

DİM sədri qeyd edib ki, eyni zamanda bir məsələni də unutmayaq.

“Hərbi tibb və hərbi mühəndislik sadəcə ali məktəbə qəbul olmaq üçün alternativ yol deyil. Bu, gələcək peşə ilə yanaşı, hərbi xidməti də seçmək deməkdir.

Ona görə də mən heç kimi yalnız bu il mütləq tələbə olmaq naminə bu imkandan istifadə etməyə çağırmıram. Bu istiqamətə həqiqi marağı olan və gələcəyini belə bir peşə və xidmətlə bağlamağa hazır olan gənclərin isə yaranmış imkandan xəbərdar olması vacibdir.

Yeni imkan yalnız o zaman dəyərlidir ki, insanın öz seçiminə çevrilsin”.

Oxunub: 11
Paylaş:
Digər xəbərlər

Gündəm

24-06-2026, 21:19

I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi - Açıqlandı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm

17-04-2026, 19:56

9 mart buraxılış imtahanının nəticələri - Açıqlandı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

30-08-2024, 09:46

Kolleclərdə boş qalan yerlərə ixtisas seçimi başladı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

28-08-2024, 21:20

Elmir Ramazanov QANUNDAN DA ÜSTÜN İMİŞ... - BU DA FAKT!!! [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

19-06-2024, 18:47

“Bank of Baku” ASC-nin ekspertiza piramidasının və qiymətləndirici “Sərraf M” –in fırıldaq çarxı necə işləyib? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Milli Kibertəhlükəsizlik Agentliyində yeni - Təyinatlar
General-mayor Gündüz Əbdülov – peşəkar hərbi təhsil sisteminin inkişafına xidmət edən rəhbər
Magistr olmaq istəyən jurnalistlərin nəzərinə!
“Uşaqların sosial şəbəkədə qeydiyyatına məhdudiyyət uzaqgörən addımdır” - Şərh
Son beş ayda bu qədər adam həbsdə evlənib
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Hadisə
4-09-2026, 18:26
Son bir həftədə təbiətə 200 000 manata yaxın ziyan vuruldu
31-08-2026, 19:01
Psixoloqdan şiddət görən autizmli uşaqla bağlı - Açıqlama
31-08-2026, 18:57
Sumqayıtda 28 yaşlı kişi bıçaqlandı - Atası saxlanıldı
28-08-2026, 19:39
Qadın qatar yoluna düşdü - İntervalda yubanma yarandı
27-08-2026, 18:33
Bakıda evli qadını şantaj edən şəxs - Həbs olundu
27-08-2026, 18:30
Sabah Ay tutulacaq
Son xəbərlər
  • 4-09-2026, 18:34
    32 marşrutun hərəkət sxemi dəyişdirildi - Siyahı
  • 4-09-2026, 18:31
    Kamançaya dair yeni dövlət standartı qəbul edildi
  • 4-09-2026, 18:26
    Son bir həftədə təbiətə 200 000 manata yaxın ziyan vuruldu
  • 3-09-2026, 18:50
    Bu gündən ölkəyə gətirilən mallar manatla bəyan ediləcək
  • 3-09-2026, 18:47
    Prezidentlə xanımına və Heydər Əliyev Fonduna təşəkkür etdi
  • 3-09-2026, 18:43
    İran BƏƏ və Küveytdəki ABŞ bazalarına zərbə endirdi
  • 31-08-2026, 19:05
    42 yaşlı dünya çempionu faciəvi şəkildə öldü
  • 31-08-2026, 19:01
    Psixoloqdan şiddət görən autizmli uşaqla bağlı - Açıqlama
  • 31-08-2026, 18:57
    Sumqayıtda 28 yaşlı kişi bıçaqlandı - Atası saxlanıldı
  • 28-08-2026, 19:46
    600-dən çox bal toplayıb kənarda qalanlara - DİM sədrindən şad xəbər
  • 28-08-2026, 19:42
    Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək
  • 28-08-2026, 19:39
    Qadın qatar yoluna düşdü - İntervalda yubanma yarandı
  • 27-08-2026, 18:33
    Bakıda evli qadını şantaj edən şəxs - Həbs olundu
  • 27-08-2026, 18:30
    Sabah Ay tutulacaq
  • 27-08-2026, 18:26
    Milli Kibertəhlükəsizlik Agentliyində yeni - Təyinatlar
  • 25-08-2026, 13:51
    Tovuzda qadın boğazından bıçaqlandı - Şübhəli əridir
  • 25-08-2026, 13:49
    9 yaşlı qıza ögey anası zorakılıq edir?
  • 25-08-2026, 13:47
    Sələmçilərə pis xəbər - Ali Məhkəmə xəbərdarlıq etdi
  • 24-08-2026, 18:45
    Bakının bəzi ərazilərində 1 gün su olmayacaq
  • 24-08-2026, 18:43
    Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
  • 24-08-2026, 18:40
    DSK-da dəyişiklik - Vəzifə ləğv edildi, yeni təyinatlar oldu
  • 21-08-2026, 18:31
    “Sabah”ın oyununa 15 min bilet satıldı
  • 21-08-2026, 18:30
    “Bu dəfə ağır nəticənin qarşısını digər sürücünün ehtiyatlı davranışı aldı”
  • 21-08-2026, 18:28
    Samuxda qarayara ilə bağlı dezinfeksiya işləri aparıldı
  • 20-08-2026, 19:19
    Başına ot presi düşən kişi öldü
  • 20-08-2026, 19:14
    Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir?
  • 20-08-2026, 19:11
    Almaniyada isti hava ilə əlaqəli ölümlərin sayı açıqlandı
  • 19-08-2026, 20:25
    Paşinyandan ordudakı intiharlarla bağlı təcili qərar
  • 19-08-2026, 20:21
    Rusiya Jitomirə zərbə endirdi - 2 ölü, 20-dən çox yaralı
  • 19-08-2026, 20:16
    Göygöldə 23 yaşlı oğlan bıçaqlandı
  • 22-07-2026, 15:26
    Neftimiz bu gün də bahalaşdı
  • 22-07-2026, 15:23
    İki ölkədə ABŞ bazalarını vurdular
  • 22-07-2026, 15:19
    Temperatur 41 dərəcəyədək yüksələcək - Xəbərdarlıq
  • 22-07-2026, 15:15
    İlham Əliyev müəllimlərin geyimi ilə bağlı dəyişikliyi - Təsdiqlədi
  • 22-07-2026, 15:13
    “Neftçi”nin qadınlardan ibarət komandası ÇL-ə qələbə ilə başladı
Daha çox
  • Direktor: Şəadət Sarıyev
  • Telefon: (+99470) 220 37 14
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Veterantv.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə