• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Bakı metrosundakı insidentlə bağlı bütün versiyalar təhlil ediləcək” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

21-04-2026, 19:43






“Bakı metrosunda baş verən texniki insident nəticəsində hər hansı insan itkisi olmayıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov bu gün metroda baş verən nasazlıqla bağlı jurnalistlərə açıqlamasında bildirib.

“Sərnişinlərimizin sağlamlığı və təhlükəsizliyi Bakı Metropoliteni üçün prioritet vəzifə olduğu üçün Bakı Metropoliteninin normativ tələblərinə uyğun olaraq dərhal müvafiq tədbirlər görülüb”, - deyə B.Məmmədov əlavə edib.

Onun sözlərinə görə, ilk növbədə bütün stansiyalarda istisnasız olaraq sərnişin axınının və sərnişin hərəkətinin tənzimlənməsi ilə bağlı müvafiq təlimatlar verilib, sərnişinlərimizin rahatlığı üçün onların müraciətlərinə diqqət edilməsinə xüsusi önəm verilib: “Bundan əlavə olaraq, dərhal texniki araşdırmalara başlanılıb. İlkin verdiyim məlumat budur, amma bütün məsələlər texniki müstəvidə xüsusi qaydada araşdırılacaq, bütün versiyalar təhlil ediləcək. Bakı Metropoliteni üçün həmişə olduğu kimi, bu gün də texniki məsələlərin tam şəffaf və açıq şəkildə ictimaiyyətə bildirilməsi prioritet vəzifə olaraq qalacaq”.

Bəxtiyar Məmmədov qeyd edib ki, Bakı metrosunda bugünkü hadisə baş verən anda xətlərdə 30 qatar olub, onlardan cəmi 4-ü tuneldə olub və sərnişinlərin təxliyəsi Metropoliteninin normativlərinə uyğun olaraq ən qısa müddətdə uğurla həyata keçirilib.

O bildirib ki, hər hansı sərnişin şikayəti, hər hansı sərnişinin özünü pis hiss etməsi ilə bağlı müraciət daxil olmayıb: “Bununla belə, Bakı Metropoliteni bununla əlaqədar preventiv tədbirlər görüb. Hadisənin araşdırılması yaxın günlərdə tam və müfəssəl şəkildə təmin olunacaq və bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.

B.Məmmədovun sözlərinə görə, Metropolitenin xətlərində gərginliyin bərpa olunması saat 14:00 radələrində təmin olunub, daha sonra saat 15:00-a qədər Bakı Metropoliteni xətlərində qatarların hərəkətinin tənzimlənməsi və yoxlanılması tədbirləri həyata keçirilib və saat 15:30-dan etibarən sərnişin qəbulu başlanıb: “Hazırda Bakı Metropoliteni normal qrafik üzrə hərəkət cədvəlinə uyğun fəaliyyətini davam etdirir, bütün stansiyalar istisnasız olaraq sərnişinlərə xidmət göstərir.

Ümumiyyətlə, bu hadisə ilə bağlı Bakı Metropoliteninin araşdırmasının tam şəffaf şəkildə aparılacağını bir daha qeyd edirəm. Bu hadisənin təkrarlanmaması üçün xüsusi diqqət yetiriləcək və artıq bununla bağlı ilkin tədbirlər üzrə tapşırıqlar verilib”.

Qurum rəsmisi bildirib ki, Bakı metrosunda baş vermiş hadisə zamanı hər hansı yanğın qeydə alınmayıb.

B.Məmmədovun sözlərinə görə, qısaqapanmanın texniki xarakteri də bundan ibarətdir ki, onun nəticəsində bütün mühafizə sistemləri, eyni zamanda tunellərimizdə olan rele mühafizə sistemləri vaxtında işə düşüb və bunun nəticəsində hər hansı hadisə baş verməyib: “Hətta bu hadisə nəticəsində hər hansı yanğın və ya digər fəsadın baş verməsi qeyri-mümkün olub”.

Mətbuat katibi əlavə edib ki, Bakı Metropoliteninin enerji sistemi elektrik yarımstansiyalarında olan sistemlərlə bağlıdır. Hazırda həmin mənbələrdən Metropolitenə enerjinin daxil olması həmişəki qaydada davam edir: “Texniki insident Bakı Metropoliteninin tunelində aralıq kabelində baş verdiyindən ehtiyat elektrik enerjisi mənbəyi kimi dizel generatorlardan istifadə etmək qeyri-mümkün idi. Bununla belə, Bakı Metropoliteninin normativ tələblərinə uyğun olaraq sərnişinlərin təxliyəsi tam və heç bir insidentsiz başa çatdırılıb. Metropolitenə elektrik enerjisinin verilməsində problem yaranarsa, dizel generatorlar dərhal qoşulur və Bakı Metropoliteni xətlərində həm qatarların, həm işıqlandırma sisteminin, həm də digər infrastrukturun, o cümlədən ventilyatorların, nasosların, eskalatorların fəaliyyəti tam təmin olunur. Yəni həmin hadisə Bakı Metropoliteninə elektrik enerjisinin verilməsində fasilə yarandıqda olur. Bu gün qeydə alınan hadisə isə Bakı Metropoliteninin tunelində kabeldə qısaqapanma nəticəsində baş verib”.

Gülnar Əliyeva

Oxunub: 21
Paylaş:
Digər xəbərlər

Hadisə

22-01-2026, 19:50

Su istehsalı müəssisələrində yoxlama - Nöqsanlar aşkarlandı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm

30-09-2024, 20:07

Baş nazir bu qaydaları təsdiqlədi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

28-08-2024, 21:20

Elmir Ramazanov QANUNDAN DA ÜSTÜN İMİŞ... - BU DA FAKT!!! [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

14-08-2024, 18:38

İnternet qiymətini artıran provayderlərlə bağlı araşdırmalara başlanıldı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

19-06-2024, 18:47

“Bank of Baku” ASC-nin ekspertiza piramidasının və qiymətləndirici “Sərraf M” –in fırıldaq çarxı necə işləyib? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Milli Kibertəhlükəsizlik Agentliyində yeni - Təyinatlar
General-mayor Gündüz Əbdülov – peşəkar hərbi təhsil sisteminin inkişafına xidmət edən rəhbər
Magistr olmaq istəyən jurnalistlərin nəzərinə!
“Uşaqların sosial şəbəkədə qeydiyyatına məhdudiyyət uzaqgörən addımdır” - Şərh
Son beş ayda bu qədər adam həbsdə evlənib
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Hadisə
4-09-2026, 18:26
Son bir həftədə təbiətə 200 000 manata yaxın ziyan vuruldu
31-08-2026, 19:01
Psixoloqdan şiddət görən autizmli uşaqla bağlı - Açıqlama
31-08-2026, 18:57
Sumqayıtda 28 yaşlı kişi bıçaqlandı - Atası saxlanıldı
28-08-2026, 19:39
Qadın qatar yoluna düşdü - İntervalda yubanma yarandı
27-08-2026, 18:33
Bakıda evli qadını şantaj edən şəxs - Həbs olundu
27-08-2026, 18:30
Sabah Ay tutulacaq
Son xəbərlər
  • 4-09-2026, 18:34
    32 marşrutun hərəkət sxemi dəyişdirildi - Siyahı
  • 4-09-2026, 18:31
    Kamançaya dair yeni dövlət standartı qəbul edildi
  • 4-09-2026, 18:26
    Son bir həftədə təbiətə 200 000 manata yaxın ziyan vuruldu
  • 3-09-2026, 18:50
    Bu gündən ölkəyə gətirilən mallar manatla bəyan ediləcək
  • 3-09-2026, 18:47
    Prezidentlə xanımına və Heydər Əliyev Fonduna təşəkkür etdi
  • 3-09-2026, 18:43
    İran BƏƏ və Küveytdəki ABŞ bazalarına zərbə endirdi
  • 31-08-2026, 19:05
    42 yaşlı dünya çempionu faciəvi şəkildə öldü
  • 31-08-2026, 19:01
    Psixoloqdan şiddət görən autizmli uşaqla bağlı - Açıqlama
  • 31-08-2026, 18:57
    Sumqayıtda 28 yaşlı kişi bıçaqlandı - Atası saxlanıldı
  • 28-08-2026, 19:46
    600-dən çox bal toplayıb kənarda qalanlara - DİM sədrindən şad xəbər
  • 28-08-2026, 19:42
    Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək
  • 28-08-2026, 19:39
    Qadın qatar yoluna düşdü - İntervalda yubanma yarandı
  • 27-08-2026, 18:33
    Bakıda evli qadını şantaj edən şəxs - Həbs olundu
  • 27-08-2026, 18:30
    Sabah Ay tutulacaq
  • 27-08-2026, 18:26
    Milli Kibertəhlükəsizlik Agentliyində yeni - Təyinatlar
  • 25-08-2026, 13:51
    Tovuzda qadın boğazından bıçaqlandı - Şübhəli əridir
  • 25-08-2026, 13:49
    9 yaşlı qıza ögey anası zorakılıq edir?
  • 25-08-2026, 13:47
    Sələmçilərə pis xəbər - Ali Məhkəmə xəbərdarlıq etdi
  • 24-08-2026, 18:45
    Bakının bəzi ərazilərində 1 gün su olmayacaq
  • 24-08-2026, 18:43
    Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
  • 24-08-2026, 18:40
    DSK-da dəyişiklik - Vəzifə ləğv edildi, yeni təyinatlar oldu
  • 21-08-2026, 18:31
    “Sabah”ın oyununa 15 min bilet satıldı
  • 21-08-2026, 18:30
    “Bu dəfə ağır nəticənin qarşısını digər sürücünün ehtiyatlı davranışı aldı”
  • 21-08-2026, 18:28
    Samuxda qarayara ilə bağlı dezinfeksiya işləri aparıldı
  • 20-08-2026, 19:19
    Başına ot presi düşən kişi öldü
  • 20-08-2026, 19:14
    Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir?
  • 20-08-2026, 19:11
    Almaniyada isti hava ilə əlaqəli ölümlərin sayı açıqlandı
  • 19-08-2026, 20:25
    Paşinyandan ordudakı intiharlarla bağlı təcili qərar
  • 19-08-2026, 20:21
    Rusiya Jitomirə zərbə endirdi - 2 ölü, 20-dən çox yaralı
  • 19-08-2026, 20:16
    Göygöldə 23 yaşlı oğlan bıçaqlandı
  • 22-07-2026, 15:26
    Neftimiz bu gün də bahalaşdı
  • 22-07-2026, 15:23
    İki ölkədə ABŞ bazalarını vurdular
  • 22-07-2026, 15:19
    Temperatur 41 dərəcəyədək yüksələcək - Xəbərdarlıq
  • 22-07-2026, 15:15
    İlham Əliyev müəllimlərin geyimi ilə bağlı dəyişikliyi - Təsdiqlədi
  • 22-07-2026, 15:13
    “Neftçi”nin qadınlardan ibarət komandası ÇL-ə qələbə ilə başladı
Daha çox
  • Direktor: Şəadət Sarıyev
  • Telefon: (+99470) 220 37 14
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Veterantv.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə