• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Bu, daimi mülkiyyət sahibinə çevrilmələrinə hüquqi şərait yaradır” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm

3-06-2026, 18:37







Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri yeni mərhələyə uyğun şəkildə tənzimlənir.

“Qafqazinfo” xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

Parlamentin komitə sədri deyib ki, Qarabağın və Şərqi Zəngəzurun torpaqları ermənilər tərəfindən işğal olunduqdan sonra məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımız daim Azərbaycan dövlətinin və Azərbaycan ictimaiyyətinin diqqətini və qayğısını öz üzərlərində hiss ediblər: “Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva məcburi köçkünlərin problemlərini, qayğılarını, onların problemlərinin qısa müddətdə həll olunması məsələlərini daim diqqət mərkəzində saxlayıb, onlara hüquqi, maddi və mənəvi dəstək verilib. Cəmiyyətimiz və dövlətimiz tərəfindən bu məsələyə müharibə başa çatdıqdan, yəni 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra da eyni həssaslıqla yanaşılıb, məcburi köçkünlərə diqqət və qayğı davam etdirilib”.

Məcburi köçkünlər daim dövlətin və cəmiyyətin diqqət mərkəzində olublar

Musa Quliyev nəzərə çatdırıb ki, 2004-2019-cu illər ərzində məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması və sosial problemlərinin həlli ilə bağlı cənab Prezident tərəfindən 75 fərman və sərəncam imzalanıb. Məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi və onlara güzəşt və imtiyazların verilməsi üçün Milli Məclis tərəfindən 11 qanun qəbul edilib.

“Bu müddət ərzində məcburi köçkünlərin məişət və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində böyük işlər görülüb. Əgər 1990-cı illərin əvvəllərində məcburi köçkünlər heç bir şəraiti olmayan çadır şəhərciklərində, vaqon evlərdə və qazmalarda yaşamağa məcbur olmuşdularsa, 2004-cü ildən sonra Prezident İlham Əliyevin təşəbbüsləri ilə qısa müddət ərzində bütün çadır şəhərcikləri ləğv olundu, vaqon evlərdə və qazmalarda yaşayan bütün məcburi köçkünlər üçün hər cür şəraiti olan mənzillər təmin edildi. 2007-ci ildə 12 çadır düşərgəsi və dəmir yolu üzərindəki yük vaqonlarından ibarət qəsəbələri ləğv edilib, 16 fin tipli qəsəbədən sonuncusu isə 2016-ci ildə ləğv edilib. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 121 yeni qəsəbə və hündürmərtəbəli binalardan ibarət yaşayış kompleksi tikilərək istifadəyə verilib. Beləliklə, 62 mindən çox məcburi köçkün ailəsinin, yəni 300 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Bu müddət ərzində məcburi köçkün ailələrinə təhsil və digər sahələr üzrə güzəştlər tətbiq olunub, onlara vahid aylıq müavinət, sosial yardım, məşğulluq proqramları, tibbi-sosial reabilitasiya və digər sosial müdafiə mexanizmləri çərçivəsində daimi dəstək göstərilib”, - M.Quliyev bildirib.

Böyük Qayıdış çərçivəsində geniş quruculuq işləri həyata keçirilir

Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra isə qısa müddət ərzində Azərbaycan Prezidentinin tapşırığı ilə Şərqi Zəngəzurda və Qarabağda geniş quruculuq və abadlıq işlərinə başlanılıb: “Prezident İlham Əliyevin fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb, dövlət başçısının sərəncamı ilə 2022-ci il dekabrın 30-da “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” qəbul edilmişdir. Dövlət Proqramının qəbul edilməsindən ötən dövr ərzində olduqca böyük işlər görülüb və bu məqsədlə dövlət büdcəsindən 28 milyard manata yaxın vəsait ayrılıb. Hazırda Qarabağ və Şərqi Zəngəzurda 40-dan çox yaşayış məntəqəsində keçmiş məcburi köçkünlər yaşayır, işləyir və təhsil alırlar. İndiyədək Qarabağ və Şərqi Zəngəzurda 8 şəhərin baş planı hazırlanıb, 3 şəhərin müfəssəl planı və 101 yaşayış məntəqəsinin şəhərsalma əsasları təsdiq edilib. İşğaldan azad olunmuş ərazilərdə yollar çəkilir, körpülər salınır, dağlıq ərazilərdə nəqliyyat hərəkətinin təmin olunması üçün tunellər tikilir və bir-birinin ardınca müasir yaşayış məntəqələri bərpa olunur, yenidən qurulur, məcburi köçkünlərin orada yaşaması üçün hər cür şərait yaradılır. Köçürülən məcburi köçkün ailələrinin sosial və məşğulluq problemlərinin həlli də daim dövlətin diqqət mərkəzindədir. Demək olar ki, köçürülən hər bir ailənin məşğulluğunun yüksək səviyyədə təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir”.

Məcburi köçkünlərin daimi mülkiyyət sahibi olmasına hüquqi zəmin yaradılır

Parlamentin komitə sədri nəzərə çatdırıb ki, “Azərbaycan Respublikasının Mənzil Məcəlləsi”ndə, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” yeni qanun layihəsi hazırlanıb və Milli Məclisdə üç komitə tərəfindən artıq birinci oxunuşda müzakirə edilib: “Əmək və sosial siyasət komitəsi, İnsan hüquqları komitəsi və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında biz biz qanunala dəyişiklikləri müzakirə etdik. Bu dəyişikliklər mahiyyət etibarilə indiyədək qaçqın və məcburi köçkünlərin sosial statusunu müəyyən edən, onların hüquq və imtiyazlarının qorunmasını təmin edən qanunvericiliyin davamıdır. Məqsəd məcburi köçkünlərin artıq daimi yaşadıqları yerlərdə mülkiyyət sahibinə çevrilməsinin hüquqi əsaslarını yaratmaqdır”.

İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılır

Musa Quliyev qeyd edib ki, Mənzil Məcəlləsinə edilən dəyişikliklər nəticəsində yeni bir institut – İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq: “Bu Fonda daxil olan evlər və mənzillər həmin ərazilərdə daimi məskunlaşan keçmiş məcburi köçkünlərin mülkiyyətinə veriləcək. İndiyədək onların istər şəhərciklərdə, istərsə də ölkəmizin müxtəlif şəhər və rayonlarında yaşadıqları mənzillər yalnız istifadə hüququ əsasında verilmişdi və həmin əmlak üzərində mülkiyyət hüquqları tanınmırdı. Lakin artıq daimi olaraq öz ata-baba yurdlarına qayıtdıqdan sonra onlara verilən mənzillər və evlər onların şəxsi mülkiyyətinə çevriləcək və mülkiyyət hüquqları tam şəkildə təmin olunacaq. Eyni zamanda qanun layihəsində nəzərdə tutulur ki, əgər məcburi köçkünlərin vaxtilə köçkün düşdükləri kəndlərdə və ya yaşadıqları yaşayış məntəqələrində ev tikmək mümkün deyilsə, həmin ərazilərə yaxın yaşayış məntəqələrində onlar üçün daimi yaşayış məqsədilə mənzillər və evlər təqdim olunacaq. Daimi mənzillə təmin olunduqdan sonra onlar artıq məcburi köçkün hesab edilməyəcəklər. Bununla belə, məcburi köçkünlərin malik olduqları imtiyazlar və hüquqlar həmin şəxslər üçün daha üç il müddətində qüvvədə qalacaq. Çünki onların yeni yaşayış yerlərində, ata-baba yurdlarında adaptasiya olunmaları, sosial inteqrasiyaya nail olmaları və öz həyatlarını tam şəkildə qurmaları üçün dövlətin dəstəyi daha üç il davam etdiriləcək”.

Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir

Parlamentin komitə sədri məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmlərinin mərhələli şəkildə yeni modelə keçirildiyini söyləyib: “Beləliklə, qəbul olunacaq yeni qanun layihəsi Böyük Qayıdış üzrə Dövlət Proqramının icrasının daha da sürətləndirilməsi üçün hüquqi bazanı genişləndirir, məcburi köçkünlərin və bu kateqoriyadan olan insanların ata-baba yurdlarında daimi mülkiyyət sahibinə çevrilməsi üçün hüquqi şərait yaradır. Eyni zamanda onların statuslarının dəyişdirilməsi ilə əlaqədar mövcud imtiyazların daha üç il müddətində saxlanılması nəzərdə tutulur ki, bu da dövlət tərəfindən həmin soydaşlarımıza göstərilən böyük qayğının növbəti təzahürüdür”.

Oxunub: 13
Paylaş:
Digər xəbərlər

Gündəm

19-03-2026, 22:47

Dövlət qulluğunda yeni əməkhaqqı sistemi nə vəd edir? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm

26-02-2026, 19:43

“Azərbaycan xalqı bilirdi ki, o gün uzaqda deyil” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm

7-07-2024, 19:11

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

20-06-2024, 19:16

YAP Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxış edib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

19-06-2024, 18:47

“Bank of Baku” ASC-nin ekspertiza piramidasının və qiymətləndirici “Sərraf M” –in fırıldaq çarxı necə işləyib? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
General-mayor Gündüz Əbdülov – peşəkar hərbi təhsil sisteminin inkişafına xidmət edən rəhbər
Magistr olmaq istəyən jurnalistlərin nəzərinə!
“Uşaqların sosial şəbəkədə qeydiyyatına məhdudiyyət uzaqgörən addımdır” - Şərh
Son beş ayda bu qədər adam həbsdə evlənib
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Ölümündən sonra təltif edilən polkovniklər...
Hadisə
22-07-2026, 15:19
Temperatur 41 dərəcəyədək yüksələcək - Xəbərdarlıq
14-07-2026, 20:51
Ağdərədə maşın aşdı - Ər-arvad öldü
14-07-2026, 20:49
Xaricdə təhsil adı ilə dələduzluq edib Monteneqroya qaçdı - Azərbaycana qaytarılır
14-07-2026, 20:48
22 yaşlı Rəşad müharibədə həlak oldu
6-07-2026, 19:49
FHN hava ilə bağlı əhaliyə - Müraciət etdi
3-07-2026, 18:52
Ağdamda qəza oldu - 6 yaralı var
Son xəbərlər
  • 22-07-2026, 15:26
    Neftimiz bu gün də bahalaşdı
  • 22-07-2026, 15:23
    İki ölkədə ABŞ bazalarını vurdular
  • 22-07-2026, 15:19
    Temperatur 41 dərəcəyədək yüksələcək - Xəbərdarlıq
  • 22-07-2026, 15:15
    İlham Əliyev müəllimlərin geyimi ilə bağlı dəyişikliyi - Təsdiqlədi
  • 22-07-2026, 15:13
    “Neftçi”nin qadınlardan ibarət komandası ÇL-ə qələbə ilə başladı
  • 17-07-2026, 12:52
    General-mayor Gündüz Əbdülov – peşəkar hərbi təhsil sisteminin inkişafına xidmət edən rəhbər
  • 14-07-2026, 20:51
    Ağdərədə maşın aşdı - Ər-arvad öldü
  • 14-07-2026, 20:49
    Xaricdə təhsil adı ilə dələduzluq edib Monteneqroya qaçdı - Azərbaycana qaytarılır
  • 14-07-2026, 20:48
    22 yaşlı Rəşad müharibədə həlak oldu
  • 14-07-2026, 20:46
    Daha bir marşrut xəttinin avtobusları yenilənir
  • 14-07-2026, 20:46
    Bu iki küçədə hərəkət məhdudlaşdırılacaq - Xəbərdarlıq
  • 6-07-2026, 19:59
    Magistr olmaq istəyən jurnalistlərin nəzərinə!
  • 6-07-2026, 19:55
    Sənəd qəbulunun müddəti uzadıldı
  • 6-07-2026, 19:52
    Prezident Neft Fondunun ötənilki büdcəsinin icrasını təsdiq etdi
  • 6-07-2026, 19:49
    FHN hava ilə bağlı əhaliyə - Müraciət etdi
  • 6-07-2026, 19:34
    Sabah bu ərazidə qaz olmayacaq
  • 3-07-2026, 18:52
    Ağdamda qəza oldu - 6 yaralı var
  • 3-07-2026, 18:48
    Hava ilə bağlı - Xəbərdarlıq
  • 3-07-2026, 18:45
    Bu marşrutların hərəkət istiqaməti - Dəyişir
  • 3-07-2026, 18:38
    Xankəndidə ABB-nin Çağrı Mərkəzinin açılışı oldu
  • 3-07-2026, 18:34
    “Uşaqların sosial şəbəkədə qeydiyyatına məhdudiyyət uzaqgörən addımdır” - Şərh
  • 2-07-2026, 19:08
    Başqasının yerinə imtahana girmək istədi - Nəticələri ləğv olundu
  • 2-07-2026, 19:05
    Bu ölkədə nəm salfetlərin satışı qadağan edilir
  • 2-07-2026, 19:02
    Tailandda 11 yaşlı uşaq maşınla rahibləri vurub - 9 ölü
  • 2-07-2026, 18:54
    Xameneinin vida mərasimində yüzə yaxın dövlətin nümayəndəsi iştirak edəcək
  • 2-07-2026, 18:51
    DSX-də ard-arda ölümlərin səbəbi nədir?
  • 1-07-2026, 20:03
    Sabah hava necə olacaq?
  • 1-07-2026, 19:56
    Bakıda musiqiçini maşın vurub öldürdü
  • 1-07-2026, 19:51
    Əli Əsədov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
  • 1-07-2026, 19:47
    Gələn il “Avroviziya”da ilk dəfə iştirak edəcəklər
  • 1-07-2026, 19:37
    Ceyranbatanda açıq ərazi yanır
  • 30-06-2026, 22:48
    Bu üsulla meşə yanğınlarını vaxtında aşkar edəcəklər
  • 30-06-2026, 22:44
    Azərbaycan ilk dəfə baytarlıq vaksini istehsal edəcək
  • 30-06-2026, 22:40
    Netanyahu Livanın cənubundakı “təhlükəsizlik zonası”na getdi
  • 29-06-2026, 20:01
    5-ci mərtəbədən yıxılan 4 yaşlı uşaq öldü
Daha çox
  • Direktor: Şəadət Sarıyev
  • Telefon: (+99470) 220 37 14
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Veterantv.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə