Ermənistan parlamentində müxalif deputatların tələbi ilə “Hökumətin istefası ilə bağlı” növbədənkənar iclas keçiriləcək.
Bununla bağlı ölkə parlamentinin sədri Alen Simonyan sərəncam imzalayıb.
Bildirilib ki, növbədənkənar iclas iyunun 17-də saat 18:30-da keçiriləcək.