• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Həbsdə olan icra başçısı ilə bağlı yeni qalmaqal… – Sahibkarlara indiyədək ödəniş edilməyib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

26-07-2024, 21:37




2006-2020-ci illərdə əvvəl 5 il Astaranın, daha sonra 9 il Biləsuvarın icra başçısı vəzifəsində çalışmış, 2020-ci ildən isə həbsdə olan Mahir Quliyevlə bağlı daha bir məhkəmə qalmaqalı var.
“Perlit” şirkətinin rəhbəri Məhərrəm Ömrümov Biləsuvarda 2017-2018-ci illərdə tikdiyi “Bayraq Muzeyi” və “Gənclər Evi”nin pulunu indiyə qədər ala bilmədiyini, məhkəmələrin də buna göz yumduğunu deyir. O, xüsusən Ali Məhkəmənin hakimi Kəmalə Abıyevadan şikayətçidir. Bu haqda Ali Məhkəmənin Plenumuna kassasiya şikayətində yazıb.
Sahibkarın əlində 2017-ci ildə Biləsuvar Rayon İcra Hakimiyyətilə bağlanmış 1 milyon 350 min manatlıq satınalma müqaviləsi var. Həm “Bayraq Muzeyi”, həm də “Gənclər Evi” 2018-ci ildə tikilib, təhvil verilib. Hətta obyektlərin açılışında Prezident də iştirak edib. Müqavilədə nəzərdə tutulan məbləğin 900 min manatını alsa da, qalan 450 min manat bugünədək verilməyib.
Məhkəmələr, o cümlədən Ali Məhkəmənin hakimi Kəmalə Abıyeva onun Biləsuvar Rayon İcra Hakimiyyətinə qarşı 450 min manat pul tələbilə olan şikayətini təmin etməyib. Əsas kimi bunu göstərib ki, sözügedən obyektləri “Perlit” şirkətinin tikdiyini təsdiqləyən sübut yoxdur.
Məhərrəm Ömrümov isə Ali Məhkəmənin Plenumuna yazdığı əlavə kassasiya şikayətində göstərir ki, onun icra hakimiyyətinə qarşı iddiasına baxılarkən tender müqaviləsini təqdim etməklə yanaşı, obyektlərin tikintisində iştirak etmiş şəxslər də dindirilib. Onlar da təsdiqləyiblər ki, obyektlərin tikintisini “Perlit” şirkəti həyata keçirib. Hətta şirkət rəhbəri pulun bir hissəsini ala bilmədiyinə görə sonda onlara maaşların verilməsində problemlər yaranıb. Onlara deyilib ki, icra hakimiyyəti pulu köçürən kimi ödəniləcək.
“Bayraq Muzeyi” və “Gənclər Evi”nin tikintisi zamanı istifadə olunmuş inşaat materiallarının satışı ilə məşğul olan sahibkar Azər İsayevin də pulu ödənilmədiyinə görə o da məhkəməyə müraciət edib. Lakin o, “Perlit” şirkətinin rəhbəri Məhərrəm Ömrümova qarşı iddia qaldırıb. O bildirib ki, “Bayraq Meydanı” və “Gənclər Evi”nin tikintisi üçün “Perlit” şirkətinə inşaat malları satıb. Artıq qalmış materiallar qaytarılandan sonra şirkətin ona 156 min manat borcu qalıb və indiyədək ödənilməyib.
O, həmin borcu və gecikdirilmiş müddətə görə əlavə 50 min manat tələb etsə də, məhkəmələr yalnız əsas borcla bağlı hissəni təmin edib. Məhərrəm Ömrümovun Azər İsayevə 156 min manat ödəməsi barədə qərar çıxarılıb. Bu işə də Ali Məhkəmədə hakim Kəmalə Abıyevanın sədrliyilə baxılıb və aşağı instansiya məhkəmələrinin qərarı qüvvədə saxlanılıb.
Məhərrəm Ömrümov Plenuma şikayətində vurğulayıb ki, Kəmalə Abıyeva Ali Məhkəmənin adından bir-birinə zidd olan iki qərar çıxarıb:
“İcra hakimiyyətinə qarşı olan iddiamla bağlı işdə “Bayraq Muzeyi” və “Gənclər Evi”ni mənim tikməyimi şübhə altına alıb, bu əsasla da şikayətimi təmin etməyib. Mənə qarşı qaldırılmış iddiada isə təsdiqləyir ki, həmin obyektləri mən tikmişəm, sərf olunmuş materialların pulunu da icra hakimiyyətindən almasam belə, mən ödəməliyəm. Bu, necə olur?”.
Bu məhkəmə proseslərində 2020-ci ilin aprelindən həbsdə olan icra başçısı Mahir Quliyevin özünün də dindirilməsi barədə vəsatət qaldırılıb. Çünki “Perlit” şirkətinin rəhbəri icra başçısının həbsinə qədər bir neçə dəfə ona müraciət edib, pulunu tələb etdiyini bildirir. Həmçinin sahibkar Azər İsayev də inşaat materiallarının pulunun ödənilməməsi ilə əlaqədar icra başçısı ilə görüşdüyünü deyir.
Lakin məhkəmə Mahir Quliyevin dindirilməsi barədə vəsatəti təmin etməyib.
2018-ci ilin sentyabrında Biləsuvarda “Gənclər Evi” və “Bayraq Muzeyi”nin açılışında Prezident İlham Əliyev də, icra başçısı Mahir Quliyev də iştirak edib.
Mahir Quliyev 2020-ci il aprelin 29-da DTX-nın əməliyyatı nəticəsində icra hakimiyyətinin binasında öz kabinetində saxlanılıb. 2022-ci ilin martında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 11 il azadlıqdan məhrumetmə cəzası verilib. Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311 (rüşvət alma) və digər maddələrilə təqsirli bilinib.
Bu yaxınlarda Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyilə onun şikayətinə baxılıb və cəzası azaldılaraq, 8 il 3 aya endirilib.
Dia-az.İnfo

Oxunub: 64
Paylaş:
Digər xəbərlər

Gündəm

26-07-2024, 21:28

"Azərişıq"ASC bu şirkətə bir ayda 30 milyon manatlıq dövlət sifarişi verdi - Hansı xususiyyətlərinə görə? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Hadisə

9-07-2024, 23:20

İcra hakimiyyəti “İçərişəhər”in qala divarlarına bitişik olan yerdə restoran tikilməsinə icazə verib -İLGİNC [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm

8-07-2024, 17:55

Adil Əliyev icra başçısı təyin edildi – SƏRƏNCAM [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm

8-07-2024, 17:51

Əziz Əzizov Suraxanıdan Beyləqana göndərildi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

19-06-2024, 18:47

“Bank of Baku” ASC-nin ekspertiza piramidasının və qiymətləndirici “Sərraf M” –in fırıldaq çarxı necə işləyib? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Azərbaycanda əhalinin sayı artıb
Prezident ona general rütbəsi verib birinci müavin təyin etdi
Prezidentdən Azərbaycanın pravoslav xristian icmasına təbrik
Zamirə Ədilova vəzifəsindən ayrıldı
Tale Heydərov iş adamı ilə razılığa gəlib - Azad olunmasına etiraz etmir
Onların ailələrinə Prezident təqaüdü təyin edildi
Hadisə
14-04-2026, 18:26
Vüsal Şilderin qətlinin sifarişçisinin fotosu - İlk dəfə
9-04-2026, 18:34
Qaxla Şahdağa qar yağır
6-04-2026, 22:13
63 yaşlı kişi boyadan zəhərlənib öldü
6-04-2026, 22:10
Səhv qərar verən Əliyar Ağayev cəzalandırıldı
2-04-2026, 18:44
Leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq
1-04-2026, 20:44
Şəmkirdə faciəvi hadisə - Ana öldü, oğlu xəstəxanaya yerləşdirildi
Son xəbərlər
  • 14-04-2026, 18:27
    Azərbaycanda əhalinin sayı artıb
  • 14-04-2026, 18:26
    Vüsal Şilderin qətlinin sifarişçisinin fotosu - İlk dəfə
  • 14-04-2026, 18:22
    “Missiyamız hələ başa çatmayıb” - “Mossad” rəhbəri
  • 14-04-2026, 18:19
    Millimiz 0:9 hesabı ilə uduzdu
  • 14-04-2026, 18:17
    Kəmaləddin Heydərova iki yeni müavin təyin edildi
  • 13-04-2026, 20:24
    “Atəşkəs hər an pozula bilər”
  • 13-04-2026, 20:21
    Prezidentin yeni Mətbuat katibi kimdir?
  • 13-04-2026, 20:18
    ABŞ Hörmüz boğazını blokadaya almağa başlayıb
  • 13-04-2026, 20:16
    Danışıqların uğursuzluğunun səbəbini açıqladı
  • 13-04-2026, 20:13
    Bəhreyn İraqa nota verdi
  • 10-04-2026, 18:49
    Rusiyada güclü partlayış - 2 ölü
  • 10-04-2026, 18:45
    Naxçıvan Ombudsmanı ləğv edildi
  • 10-04-2026, 18:43
    Sabahkı görüşdən öncə etdiyi paylaşım müzakirə yaratdı
  • 10-04-2026, 18:28
    Avropada Hörmüzə görə aviasiya yanacağı ehtiyatları tükənir?
  • 10-04-2026, 18:25
    Azərbaycanın oyun studiyaları üçün nüfuzlu qlobal tədbirdə iştirak imkanı
  • 9-04-2026, 18:43
    İrandakı müharibədə ölənlərin sayı - Açıqlandı
  • 9-04-2026, 18:40
    Prezident ona general rütbəsi verib birinci müavin təyin etdi
  • 9-04-2026, 18:38
    Prezidentdən Azərbaycanın pravoslav xristian icmasına təbrik
  • 9-04-2026, 18:34
    Qaxla Şahdağa qar yağır
  • 9-04-2026, 18:31
    İnvestorlar atəşkəsə görə 1 milyard - Pul qoydular
  • 8-04-2026, 22:50
    Tramp Ərdoğanla danışdı
  • 8-04-2026, 22:48
    Zaxarovadan Simonyana sərt reaksiya
  • 8-04-2026, 22:45
    Sabah Bakının bu yerlərində qaz olmayacaq
  • 8-04-2026, 22:43
    Zamirə Ədilova vəzifəsindən ayrıldı
  • 8-04-2026, 22:39
    İran ABŞ-yə ultimatum verdi
  • 7-04-2026, 21:26
    “Sülhün yeganə alternativi sonsuz müharibədir”
  • 7-04-2026, 21:24
    Səhhətinə görə konsertini ləğv etdi
  • 7-04-2026, 21:22
    “Zirə” “Şamaxı” ilə bərabərə qaldı
  • 7-04-2026, 21:19
    Zaur Əliyev nazir müavini təyin olundu
  • 7-04-2026, 21:17
    SEPAH ABŞ-yə xəbərdarlıq etdi
  • 6-04-2026, 22:21
    Azərbaycanda vahid büdcə təsnifatı yeniləndi
  • 6-04-2026, 22:18
    İranın 10 bəndlik təklifinə reaksiya verdi - “Kifayət qədər yaxşı deyil”
  • 6-04-2026, 22:16
    “İslam ölkələri ilə əlaqələri gücləndirmək prioritetdir”
  • 6-04-2026, 22:13
    63 yaşlı kişi boyadan zəhərlənib öldü
  • 6-04-2026, 22:10
    Səhv qərar verən Əliyar Ağayev cəzalandırıldı
Daha çox
  • Direktor: Şəadət Sarıyev
  • Telefon: (+99470) 220 37 14
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Veterantv.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə