• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Tələbələrin təhsilinə ayrılmış vəsait büdcəyə qaytarılıb” - Rəsmi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

1-04-2026, 20:37





Məlum olduğu kimi, bu gün Qərbi Kaspi Universitetində dövlət sifarişi əsasında təhsil alan bir qrup tələbədən ödəniş tələb olunması ilə bağlı məlumat yayımlamışdıq.

Universitetdən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, həmin tələbələrin təhsili üçün nəzərdə tutulan vəsait 2025-ci il başa çatdığı üçün dövlət büdcəsinə geri qaytarıldığından tələbələrdən ödəniş tələb olunub: “Qanunvericiliyə əsasən, dövlət sifarişi ilə ali təhsil alan tələbələrin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına həmin şəxslərin təhsil aldığı təhsil müəssisəsinə ödənilir. Əvvəllər bu vəsait Elm və Təhsil Nazirliyi tərəfindən ödənilirdi, hazırda isə Maliyyə Nazirliyi tərəfindən idarə olunur və təqdim edilən sənədlər əsasında birbaşa müqavilə tərəfdaşlarına köçürülür.

2025-ci ilin sentyabr–dekabr ayları üçün Qərbi Kaspi Universitetinə müvafiq vəsait ayrılmış, onun əhəmiyyətli hissəsi xərclənmiş, müəyyən hissəsi isə qalmışdır.

Hazırda universitetdə tələbələrin 40%-i dövlət sifarişi əsasında təhsil alır. Qərbi Kaspi Universitetində maliyyə fəaliyyəti tədris ili üzrə (2025 sentyabr – 2026 sentyabr) tənzimlənir və daxili xərclərə laboratoriyaların yaradılması, texniki vasitələrin alınması, eləcə də beynəlxalq akkreditasiya prosesləri daxildir. Bu mərhələdə ayrılmış büdcə vəsaitlərindən istifadə olunur.
Lakin 2026-cı ilin yanvar ayında həmin vəsaitin zəruri xərclər üçün istifadə edilməsi nəzərdə tutularkən məlum olmuşdur ki, 2025-ci il başa çatdığı üçün ayrılmış məbləğ dövlət büdcəsinə geri qaytarılmışdır. Dövlət sifarişi əsasında təhsil alan tələbələrə artıq göstərilmiş xidmətlərə görə universitetə ödənilməli olan vəsaitin silinməsi əsaslandırıla bilməz.

Qərbi Kaspi Universitetinin özəl hüquqi şəxs olduğu və vəsaitin universitetə aid olduğu Elm və Təhsil Nazirliyinə müraciət məktubunda qeyd olunub. Lakin məktubumuza hələ heç bir qurumdan rəsmi məlumat göndərilməyib”.

Universitetdən həmçinin bildirilib ki, hazırda Elm və Təhsil Nazirliyi, eləcə də Maliyyə Nazirliyindən sözügedən məsələ ilə bağlı geridönüş gözlənilir: “Hazırda universitetin 13 təhsil proqramının beynəlxalq akkreditasiya təşkilatından uğurla keçməsi barəsində bizə məlumat daxil olub. Beynəlxalq komissiyaların tövsiyələrinə əsasən yeni tədris məkanları, laboratoriya və texniki avadanlıqların alınması üzrə işlər aparılır ki, bu da xeyli vəsait tələb edir. Keçən il dövlət tərəfindən tələbələrin təhsil haqqı üçün ayrılmış vəsaitin universitetin sərəncamında olmaması səbəbindən İT və digər avadanlıqların alınması mümkün olmayıb.

Tələbələrə bu barədə tərəfimizdən məlumat verilib. Məlumat verildikdən sonra baş verən situasiyada günahkar universitet çıxarılır. Məsələ ilə bağlı universitetin aiddiyyəti təşkilatlara müraciəti hələ ki cavabsız qalır. Ümid edirik ki, müvafiq təşkilatlar universitetin göstərdiyi xidmətlərə görə, onun haqqı olan vəsaiti ödəməklə, təhsilin fəaliyyətində istifadə etmək imkanına da sahib olacaq.
Hazırda Elm və Təhsil Nazirliyi, eləcə də Maliyyə Nazirliyi ilə əlaqədəyik və geri dönüş gözləyirik. İctimaiyyətə gedişat barədə məlumat veriləcək”.

Oxunub: 27
Paylaş:
Digər xəbərlər

Gündəm

19-03-2026, 22:47

Dövlət qulluğunda yeni əməkhaqqı sistemi nə vəd edir? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

25-12-2025, 14:09

Elm və Təhsil Nazirliyi 2 milyona aldığı odun yanacağını 1,5 milyona daşıtdırır – Analoqu olmayan işdi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma

21-12-2025, 12:30

İlham Qaraqurbanlı satınalmadan 6 gün əvvəl yaranmış MMC ilə hansı əsaslarla müqavilə bağlayıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

28-08-2024, 21:20

Elmir Ramazanov QANUNDAN DA ÜSTÜN İMİŞ... - BU DA FAKT!!! [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

19-06-2024, 18:47

“Bank of Baku” ASC-nin ekspertiza piramidasının və qiymətləndirici “Sərraf M” –in fırıldaq çarxı necə işləyib? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Milli Kibertəhlükəsizlik Agentliyində yeni - Təyinatlar
General-mayor Gündüz Əbdülov – peşəkar hərbi təhsil sisteminin inkişafına xidmət edən rəhbər
Magistr olmaq istəyən jurnalistlərin nəzərinə!
“Uşaqların sosial şəbəkədə qeydiyyatına məhdudiyyət uzaqgörən addımdır” - Şərh
Son beş ayda bu qədər adam həbsdə evlənib
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Hadisə
4-09-2026, 18:26
Son bir həftədə təbiətə 200 000 manata yaxın ziyan vuruldu
31-08-2026, 19:01
Psixoloqdan şiddət görən autizmli uşaqla bağlı - Açıqlama
31-08-2026, 18:57
Sumqayıtda 28 yaşlı kişi bıçaqlandı - Atası saxlanıldı
28-08-2026, 19:39
Qadın qatar yoluna düşdü - İntervalda yubanma yarandı
27-08-2026, 18:33
Bakıda evli qadını şantaj edən şəxs - Həbs olundu
27-08-2026, 18:30
Sabah Ay tutulacaq
Son xəbərlər
  • 4-09-2026, 18:34
    32 marşrutun hərəkət sxemi dəyişdirildi - Siyahı
  • 4-09-2026, 18:31
    Kamançaya dair yeni dövlət standartı qəbul edildi
  • 4-09-2026, 18:26
    Son bir həftədə təbiətə 200 000 manata yaxın ziyan vuruldu
  • 3-09-2026, 18:50
    Bu gündən ölkəyə gətirilən mallar manatla bəyan ediləcək
  • 3-09-2026, 18:47
    Prezidentlə xanımına və Heydər Əliyev Fonduna təşəkkür etdi
  • 3-09-2026, 18:43
    İran BƏƏ və Küveytdəki ABŞ bazalarına zərbə endirdi
  • 31-08-2026, 19:05
    42 yaşlı dünya çempionu faciəvi şəkildə öldü
  • 31-08-2026, 19:01
    Psixoloqdan şiddət görən autizmli uşaqla bağlı - Açıqlama
  • 31-08-2026, 18:57
    Sumqayıtda 28 yaşlı kişi bıçaqlandı - Atası saxlanıldı
  • 28-08-2026, 19:46
    600-dən çox bal toplayıb kənarda qalanlara - DİM sədrindən şad xəbər
  • 28-08-2026, 19:42
    Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək
  • 28-08-2026, 19:39
    Qadın qatar yoluna düşdü - İntervalda yubanma yarandı
  • 27-08-2026, 18:33
    Bakıda evli qadını şantaj edən şəxs - Həbs olundu
  • 27-08-2026, 18:30
    Sabah Ay tutulacaq
  • 27-08-2026, 18:26
    Milli Kibertəhlükəsizlik Agentliyində yeni - Təyinatlar
  • 25-08-2026, 13:51
    Tovuzda qadın boğazından bıçaqlandı - Şübhəli əridir
  • 25-08-2026, 13:49
    9 yaşlı qıza ögey anası zorakılıq edir?
  • 25-08-2026, 13:47
    Sələmçilərə pis xəbər - Ali Məhkəmə xəbərdarlıq etdi
  • 24-08-2026, 18:45
    Bakının bəzi ərazilərində 1 gün su olmayacaq
  • 24-08-2026, 18:43
    Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
  • 24-08-2026, 18:40
    DSK-da dəyişiklik - Vəzifə ləğv edildi, yeni təyinatlar oldu
  • 21-08-2026, 18:31
    “Sabah”ın oyununa 15 min bilet satıldı
  • 21-08-2026, 18:30
    “Bu dəfə ağır nəticənin qarşısını digər sürücünün ehtiyatlı davranışı aldı”
  • 21-08-2026, 18:28
    Samuxda qarayara ilə bağlı dezinfeksiya işləri aparıldı
  • 20-08-2026, 19:19
    Başına ot presi düşən kişi öldü
  • 20-08-2026, 19:14
    Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir?
  • 20-08-2026, 19:11
    Almaniyada isti hava ilə əlaqəli ölümlərin sayı açıqlandı
  • 19-08-2026, 20:25
    Paşinyandan ordudakı intiharlarla bağlı təcili qərar
  • 19-08-2026, 20:21
    Rusiya Jitomirə zərbə endirdi - 2 ölü, 20-dən çox yaralı
  • 19-08-2026, 20:16
    Göygöldə 23 yaşlı oğlan bıçaqlandı
  • 22-07-2026, 15:26
    Neftimiz bu gün də bahalaşdı
  • 22-07-2026, 15:23
    İki ölkədə ABŞ bazalarını vurdular
  • 22-07-2026, 15:19
    Temperatur 41 dərəcəyədək yüksələcək - Xəbərdarlıq
  • 22-07-2026, 15:15
    İlham Əliyev müəllimlərin geyimi ilə bağlı dəyişikliyi - Təsdiqlədi
  • 22-07-2026, 15:13
    “Neftçi”nin qadınlardan ibarət komandası ÇL-ə qələbə ilə başladı
Daha çox
  • Direktor: Şəadət Sarıyev
  • Telefon: (+99470) 220 37 14
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Veterantv.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə