Qusarda mikroavtobusun aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Qusar şəhərinin giriş hissəsində olub.
Hadisə zamanı 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, hadisəyə səbəb yolun buzlu olması olub.
Hadisə ilə bağlı araşdırma aparılır.